| Səyavuş Həsənov | |
|---|---|
| Səyavuş Həsən oğlu Həsənov | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 yanvar 1964 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 iyun 1992 (28 yaşında) |
| Vəfat yeri |
|
| Hərbi fəaliyyəti | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi |
| Təltifləri | |
Səyavuş Həsən oğlu Həsənov (20 yanvar 1964, Yengicə, Naxçıvan MSSR – 25 iyun 1992, Qırmızıkənd, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirir. Daha sonra hərbi xidmətə çağırılır və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedir. 1990-cı il 20 Yanvar hadisələrini eşidən kimi o Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olur.
Döyüşlərdə iştirakı
Səyavuş Goranboyda, Şuşada, Gədəbəydə uğurla vuruşaraq düşmənə öz gücünü göstərmişdi. 1992-ci il onun tərkibində olduğu dəstəyə yeni tapşırıq verilir, Qırmızıkənd (Tərtər) düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi ki güclü atəş səsləri eşidildi erməni tankı lap yaxında idi Səyavuş qumbaraatanla tankı vurur və ermənilərin tankını döyüş meydanında alov bürüyür, döyüşün gedişində onun silahı və mərmisi tükənir döyüşün qızğın bir vaxtında silahsız qalan Səyavuş qəfildən yerə sərilir vətənimizin cəsur övladı sonuncu dəfə doğma Qarabağın səmasına baxdı.
Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
Ailəsi
Ailəli idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Səyavuş Həsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 114–115.
- 20 yanvarda doğulanlar
- 1964-cü ildə doğulanlar
- Şərur rayonunda doğulanlar
- 25 iyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 28 yaşında vəfat edənlər
- Tərtər rayonunda vəfat edənlər
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)