Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fəxrəddin Musa oğlu Musayev (30 iyul 1957, Bayramalı – 11 aprel 1992, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Fəxrəddin Musayev

Vikipediya, azad ensiklopediya
Fəxrəddin Musayev
Fəxrəddin Musa oğlu Musayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
  • Bayramalı, Türkmənistan SSR, SSRİ
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Fəxrəddin Musa oğlu Musayev (30 iyul 1957, Bayramalı11 aprel 1992, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayramalı şəhərində anadan olmuşdur. 1964–1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

Döyüşlərdə iştirakı

Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Ailəsi

Qusar şəhərində onun adını daşıyan şəhər.

Ailəli idi, bir oğlu yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önünə barelyefi vurulub.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 218.
Üst