| Cuğağıl dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 970,4 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət |
|
Cuğağıl dağı — Culfa rayonu ərazisində dağ (hünd. 970,4 m). Nehrəm platosunun cənub-şərq kənarında zirvə, Gülüstan (keçmiş Cuğa) kəndindən 2 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatan çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli submeridional istiqamətli Cuğa antiklinalının maili qərb qanadında yerləşir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Culfa rayonunun dağları