Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ucubiz dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1210,0 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarında yerləşən Bulaqbaşı

Ucubiz dağı

Vikipediya, azad ensiklopediya
Ucubiz dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1210,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Sədərək

Ucubiz dağıSədərək rayonu ərazisində dağ (hünd. 1210,0 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarında yerləşən Bulaqbaşı silsiləsinin ən yüksək zirvəsi. Sədərək kəndindən 2,8 km şimaldadır. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir. Geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalının qərb qanadında yerləşir.

Həmçinin bax

Üst