Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Daşburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1239,4 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsi

Daşburun dağı

39°43′59″ şm. e. 44°50′44″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Daşburun dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1239,4 m
Yerləşməsi
39°43′59″ şm. e. 44°50′44″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Daşburun dağı xəritədə
Daşburun dağı
Daşburun dağı

Daşburun dağıSədərək rayonu ərazisində dağ (hünd. 1239,4 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən cənub-şərqə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Sədərək kəndindən 2 km şimal-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. 

Daşburun dağı el arasında digər adı ilə Əjdəkan dağı adlanır.

Həmçinin bax

Üst