Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ

Etibar Hacıyev

Vikipediya, azad ensiklopediya
Etibar Hacıyev
Etibar Firudin oğlu Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1971(1971-04-05)
Doğum yeri
Vəfat tarixi 15 iyun 1992(1992-06-15) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Göygöl rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • Zod kənd orta məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.

Döyüşlərdə iştirakı

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Göygöl rayonunda dəfn edilmişdir.

Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 104–105.
  • Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə". Gəncə-2007. səh. 42

Həmçinin bax

Üst