| Ənvər Arazov | |
|---|---|
| Ənvər Talış oğlu Arazov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 2 dekabr 1953 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2 noyabr 1992 (38 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Azərbaycan Respublikası |
| Qoşun növü | Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri |
| Xidmət illəri | 1988-ci ildən |
| Rütbəsi |
|
| Döyüşlər |
|
| Təltifləri | |
Ənvər Talış oğlu Arazov (2 dekabr 1953, Kirovabad – 2 noyabr 1992, Sırxavənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Döyüşlərdə iştirakı
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.
Ailəsi
Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 36.
- 2 dekabrda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Gəncədə doğulanlar
- 2 noyabrda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 38 yaşında vəfat edənlər
- Sırxavənddə vəfat edənlər
- Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları

