| Ayçınqıl dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 3707,0 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon |
|
Ayçınqıl dağı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində dağ (hünd. 3707,0 m). Mehri-Ordubad] batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritlərdən təşkil olunmuş yamacları sıldırımlı konusvari zirvədir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur.
Yerli əhali dağə Ay-çonqal dağı da adlandırır.
Həmçinin bax:
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Ordubad rayonunun dağları