Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov (12 avqust 1958, Gorus) — Azərbaycan hərbçisi, general-mayor (2014), Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq

Fəxrəddin Cəbrayılov

Vikipediya, azad ensiklopediya
Fəxrəddin Cəbrayılov
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1958(1958-08-12) (67 yaş)
Doğum yeri
  • Gorus, Gorus rayonu, Ermənistan SSR, SSRİ
Təhsili
  • Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi
Hərbi fəaliyyəti
Rütbəsi
General-mayor
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı — 1995
"Azərbaycan Bayrağı" ordeni — 1994

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov (12 avqust 1958, Gorus) — Azərbaycan hərbçisi, general-mayor (2014), Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı (1995), Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet Ordusuna qrup komandiri göndərirlər.

1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il "N" saylı taborun komandiri vəzifəsinə təyin olunur.

1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Fəxrəddinin hazırladığı plana əsasən onun taboru döyüşlərə girdi buradakı erməni yaraqlıları tam məhv edildi və xeyli silah sursat ələ keçirildi. 1994-cü ildə Füzuli rayonundaKəlbəcər rayonunda gedən döyüşlərdə yenidən düşməni ağır itkilərə məruz qoydular.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1994-cü ilin oktyabr ayında "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Fəxrəddin Cəbrayılov 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışmışdır. 2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 24 iyun 2014-cü ildə ilə Fəxrəddin Cəbrayılova general-mayor ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2017-ci il tarixli Sərəncamı ilə Fəxrəddin Cəbrayılov hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Ailəlidir, üç övladı var.

Ədəbiyyat

Üst