| Bərdidaş dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 1915,7 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Bərdidaş dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Şahbulaq kəndindən 3 km şərqdə yerləşən dağ (hünd. 1915,7 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş qayalıqdır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ağsal sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-qərb istiqamətli Ağsal-Qızılqaya dərinlik qırılması və onun şaxələri izlənilir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Şərur rayonunun dağları
- Azərbaycanda dağ zirvələri