| Bağırsaq dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 1993,6 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Bağırsaq dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Həmçinin bax
- Əlifba sırasına görə dağlar
- Şərur rayonunun dağları
- Azərbaycanda dağ zirvələri