Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bəysal dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı qövsvari şaxəsinin suayrıc

Bəysal dağı

39°35′40″ şm. e. 45°09′57″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bəysal dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1911,7 m
Yerləşməsi
39°35′40″ şm. e. 45°09′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Bəysal dağı xəritədə
Bəysal dağı
Bəysal dağı

Bəysal dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı qövsvari şaxəsinin suayrıcında, Axura kəndindən 3 km şimalda yerləşən dağ (hünd. 1911,7 m). Üst Permə aid Şahbulaq, Dəvəölən və Bəysal lay dəstələrinin cənub-qərbə maili yatan əhəngdaşılarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzində müşahidə edilən submeridional istiqamətli Axura antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli eyniadlı qırılma keçir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli faylar izlənilir. Şimal-şərq yamacından keçən şimal-qərb istiqamətli Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi boyu Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinin Dərəlik lay dəstəsinin çökmə süxurları ilə təmasa gətirilmişdir.

Həmçinin bax

Üst