Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Camışölən dağı – Şahbuz rayonunun ərazisində dağ (hünd. 2920,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Salvartı və Camal zirvələrinin arasındadır. Alt P

Camışölən dağı

Vikipediya, azad ensiklopediya
Camışölən dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2920,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Camışölən dağı – Şahbuz rayonunun ərazisində dağ (hünd. 2920,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Salvartı və Camal zirvələrinin arasındadır. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-şimal-qərb istiqamətli qırılmalar izlənilir.

Həmçinin bax

Üst