| Canqulutəpə | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 826,3 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Canqulutəpə – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın mənsəbinin sol sahilində, Araz su qovşağının su anbarından 1 km şimaldadır. Orta Miosenin Konka mərtəbəsinə aid Tumbul lay dəstəsinin maili yatan çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Hər tərəfdən Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntülərlə əhatə edilmişdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin maili cənub-qərb cinahında yerləşir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Babək rayonunun dağları