Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Caracur dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1483,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxə

Caracur dağı

Vikipediya, azad ensiklopediya
Caracur dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1483,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Caracur dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 1483,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km-dək şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik və Biləv lay dəstələrinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında müşahidə edilən Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.

Həmçinin bax

Üst