Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cənnətqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun qərb istiqamətli Qarovulxana şaxəsində, Yuxarı Yaycı k

Cənnətqaya dağı

Vikipediya, azad ensiklopediya
Cənnətqaya dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1517,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Cənnətqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun qərb istiqamətli Qarovulxana şaxəsində, Yuxarı Yaycı kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1517,0 m). Üst Permə aid Qızılqaya lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari qayalıqdır. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Şimal-şərq yamacı boyu şimal-qərb istiqamətdə uzanan Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi vasitəsilə Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının üstünü örtür.

Həmçinin bax

Üst