Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları v

Keçəldağ (Şahbuz)

39°35′03″ şm. e. 45°40′27″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Keçəldağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2740 m
Yerləşməsi
39°35′03″ şm. e. 45°40′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Keçəldağ xəritədə
Keçəldağ
Keçəldağ

Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.

Həmçinin bax

Üst