| Hinədəli | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2101 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Hinədəli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb yamacında, silsilədən qərbə ayrılan Rəmlər qolunun suayrıcında, Tənənəm kəndindən 3,5 km şimal-şərqdə yerləşən dağ (hünd. 2101,3 m). Üst Triasa aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının cənub-şərq batım hissəsində müşahidə edilən Bəzəkli qılıcvari antiklinalının şərq qanadında yerləşir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Şərur rayonunun dağları