| Tənənəm dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Dağ silsiləsi | Dərələyəz silsiləsi |
| Mütləq hündürlüyü | 1603,0 m |
| Yerləşməsi | |
| 39°28′36″ şm. e. 45°05′52″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | |
![]() Tənənəm dağı | |
Tənənəm dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, onun cənub-qərb yamacında, Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəkslik (hünd. 1603,0 m). Тənənəm kəndindən 750 m şərqdədir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batımı sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb və şərq yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılmaları keçir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Şərur rayonunun dağları
