Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağdaban dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 3093,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın sol qollarının mənbəyindədir. Erkən plio

Ağdaban dağı

39°08′ şm. e. 45°58′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağdaban dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Ermənistan yaylası, Zəngəzur dağları
Mütləq hündürlüyü 3093 m
Yerləşməsi
39°08′ şm. e. 45°58′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Ağdaban dağı xəritədə
Ağdaban dağı
Ağdaban dağı

Ağdaban dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 3093,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın sol qollarının mənbəyindədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-şərq istiqamətli Zırnel və şimal-qərb istiqamətdə uzanan Biçənək fay-yerdəyişmə qırılmalarının kəsişmə düyünündə yerləşir. Cənub-qərb yamaclarında andezit, andezit-dasit tərkibli üç iri ştokvari kütlənin çıxışları, həmçinin şimal-qərbə uzanan bir neçə fay müşahidə edilir. 

Şahbuz rayonu ərazisində Ağdaban dağının əhali arasında işlədilən başqa adı Sisqatar dağıdır.

Həmçinin bax

Üst