Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zırnel dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 2575,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqa

Zırnel dağı

Vikipediya, azad ensiklopediya
Zırnel dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2575,1 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Zırnel dağıŞahbuz rayonu ərazisində dağ (hünd. 2575,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş Təkəlik qolundan cənub-qərbə ayrılan eyniadlı şaxəsində zirvə. Kükü kəndindən 3,3 km şimal-şərqdədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn, şimal və qərb yamacları sıldırımlı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir. Zirvə və yamaclarında şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

Həmçinin bax

Üst